Həbsdə olan güneyli qadın hüquq müdafiəçisinin kitabı çapdan çıxıb – FOTO

Dünya


İranda həbsdə olan azərbaycanlı siyasi fəal və qadın hüquqları müdafiəçisi Nərgiz Məhəmmədinin yazdığı “Ağ işgəncə” kitabının birinci cildinin alman dilinə tərcüməsi ötən həftə “Qadın, Həyat, Azadlıq”, “Səsimizi necə ucaldaq” başlığı ilə dərc edilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumata görə, kitab iki il öncə İsveçin “Baran” nəşriyyatında fars dilində çap olunub.

“Ağ işgəncə” kitabında siyasi fəal həbsdə olarkən bir sıra qadın siyasi məhbuslarla apardığı gizli söhbətləri toplayıb.

Xatırladaq ki, xanım Məhəmmədi son illərdə İran rejimi tərəfindən xalq etirazlarının zorakılıqla yatırılmasını tənqid etdiyinə, siyasi məhbusları dəstəklədiyinə, İran həbsxanalarında məhbuslara verilən işgəncələri və psixoloji təzyiqləri ifşa etdiyinə görə dəfələrlə həbsə atılıb.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir