Türkiyəli nazir “TEKNOFEST”in yenidən Azərbaycanda keçirilməsi məsələsindən danışıb – FOTO

Dünya


“TEKNOFEST”in Azərbaycanda təşkili ilə bağlı ən böyük üstünlüyümüz dil birliyidir”.

“Report” xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır deyib.

O bildirib ki, Türkiyə və Azərbaycan xalqları eyni dildə danışırlar:

“Ləhcələrimiz bir az fərqli olsa da, eyni dildə danışırıq. Bir-birimizi rahat başa düşürük. Bu, işimizi çox asanlaşdırır”.

M.F.Kacırın sözlərinə görə, başqa ölkələr də “TEKNOFEST”in təşkilində maraqlıdırlar.

Qeyd edək ki, “TEKNOFEST” 2022-ci ildə Bakıda təşkil olunub. “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar Bakıda yenidən festival keçirməyə hazır olduqlarını bildirib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir