Seyran Səxavət: “Azərbaycan dili reanimasiyadadır”

Mədəniyyət


“Azərbaycan dili reanimasiyadadır”.

Oxu.Az-ın məlumatına görə, bunu “Azərbaycan dili və ədəbiyyatı” Forumunda çıxışı zamanı yazıçı Seyran Səxavət deyib.

Onun sözlərinə görə, bu gün ölkədə Azərbaycan dilini normal bilən, danışan, yazan yox dərəcəsindədir:

“Bayaqdan burada dillə, ədəbiyyatla bağlı onlarla problemdən danışıldı. Hamısının kökündə dayanan dildir. Bu, çox ciddi məsələdir. Bunun üzərinə düşülməsə, problemlər hələ qabaqdadır deməkdir”.

Yazıçı qeyd edib ki, televiziyalarımızda dillə bağlı qüsurlar, qəbahətlər baş alıb gedir:

“İstənilən televiziyanı götürək, mən sizə sübut edərəm ki, orada Azərbaycan dili bilgisi 49 faizdən o yana deyil. Bu, biabırçılıqdır”.

İlhamə Əbülfət

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir