Baku TV-də yayımlana “44 gün” verilişinin yeni buraxılışı efirə gedib.
Budəfəki buraxılışda Vətən müharibəsi qazisi Elvin Orucov öz döyüş yolundan bəhs edib.
Yaralanmasından danışan qazi qeyd edib ki, ayağından güllə yarası alıb:
“Yoldaşlarım mənə döyüş meydanında ilkin tibbi yardım göstərdilər. Oradan məni saatlarla sürüyərək çıxardılar”.
Onun sözlərinə görə, müharibədə iştirak etməsindən ailəsinin xəbəri olmayıb:
“Valideynlərim heç vaxt Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etdiyimi bilməyiblər. Yaralananda Müdafiə Naziliyindən ailəmə sağ olduğum barədə məlumat verməli olduğum deyildi. Əməliyyata girəndə zəng etdim ki, hospitaldayam, təlimdə yıxılmışam”.
www.RIA24.az