Çavuşoğlu: “ABŞ prezidenti “erməni soyqırımı” deyərsə, bu, münasibətlərimizə xələl gətirər”

Siyasət

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu “Habertürk” telekanalının qonağı olub.

Telekanaldan verilən məlumata görə, aparıcı Məhmət Akif Ərsoyun “Nədir, Nə deyil” proqramında iştirak edən XİN rəhbəri ölkəsinin Rusiya və ABŞ-la münasibətlərinə də toxunub.

Türkiyənin baş diplomatı Rusiya ilə müansibətlərdən danışarkən bu dövlətlə müxtəlif bölgələrdəki işbirliyini önə çəkib. O, Türkiyə ilə Rusiyanın Qarabağda əməkdaşlıq içərisində olduğunu, Suriya və Liviyada da birlikdə hərəkət etdiyini açıqlayıb.

Nazir bildirib ki, əgər ABŞ-da beynəlxalq hüquqa hörməti varsa, bu ölkənin prezidenti “erməni soyqırımı” ifadəsini işlətməməlidir. Əks halda bu, Türkiyə-ABŞ münasibətlərinə xələl gətirə bilər.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir