Zəlzələ ilə əlaqədar Ağstafa-Bakı sərnişin qatarının sürət həddi 50 km/saata endirilib

Cəmiyyət


Sentyabrın 3-də saat 20:35 radələrində Kürdəmir stansiyasından 14 km cənubda – Kürdəmir rayonunda baş vermiş zəlzələdən dərhal sonra ADY müvafiq xidmət sahələrində infrastruktur obyektlərinə texniki baxış keçirməyə başlayıb, süni mühəndis qurğularının (körpülər, tunellər və s.) vəziyyəti yoxlanılır.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.

“İnfrastrukturda aparılan operativ texniki baxışla əlaqədar olaraq Ağstafa-Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarlarının sürət həddi 50 km/saata endirilib, yük qatarlarının hərəkəti isə müvəqqəti olaraq dayandırılıb”, – deyə qurumdan bildirilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir