Gürcüstan idmançıları “Tianetoba” milli bayramı zamanı iki dünya rekordu müəyyənləşdiriblər.
Georgi Matureli belində 55 kiloqramlıq bel çantası ilə bir əlin iki barmağı ilə 30 saniyə ərzində 39 “jim” etməklə karyerasında onuncu dəfə dünya rekordu vurub.
Nodar Tsalugelaşvili isə eyni hərəkəti 65 kq əlavə çəki ilə bir əllə dəqiqədə 64 dəfə yerinə yetirməklə karyerasında ikinci dəfə dünya rekorduna imza atıb.
Onlara Gürcüstan Rekordlar Federasiyası tərəfindən xüsusi sertifikatlar təqdim edilib. Tianeti meriyası isə idmançıları pul mükafatları ilə təltif edib.
Mənbə: Sputnik
www.102info.az