Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Türkiyə liderinin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) rəsmi təmaslarından sonra yenidən görüşə bilərlər.
Bu barədə Türkiyə iqtidarına yaxın mətbuat xəbər verib.
Xəbərdə o da xüsusi olaraq vurğulanır ki, Türkiyə yaxın günlərdə Qara dəniz taxıl təşəbbüsünün bərpasına dair iki ölkə prezidentləri arasında Soçidə aparılan danışıqların nəticələri barədə BMT-yə məlumat verəcək.
Xatırladaq ki, BMT Baş Assambleyasının əsas tədbirləri sentyabrın 19-25-də keçiriləcək. İclaslarda dünya ölkələrinin liderləri və xarici işlər nazirləri bir araya gələcəklər.
Mənbə: Hurriyet.com.tr
www.102info.az