Doqquz yaşlı Əbəlfəzin yardıma ehtiyacı var: Gün ərzində altı-yeddi dəfə qıcolma keçirir – FOTO

Cəmiyyət


Doqquz yaşlı Əbəlfəz autizm və epilepsiyadan əziyyət çəkir.

Bununla bağlı Oxu.Az-a onun anası Fatma İsmayılova müraciət edib.

O bildirib ki, övladı epilepsiya xəstəliyi ilə doğulub və autizm sindromu var:

“Xəstəliyinə görə iki il yataq şəraitində müalicə alıb. Baş beyinə maye toplanması ilə bağlı İran İslam Respublikasında müalicə olunub. Amma son altı ayda vəziyyəti daha da ağırlaşıb. Əvvəl gün ərzində iki-üç dəfə epilepsiya qıcolmaları tuturdusa, inanın, indi altı-yeddi dəfə tutur. Biz övladımı yenidən İrana, həkim qəbuluna aparmalıyıq, bunu qarşılamaq üçün isə imkanımız yoxdur. Hazırda bizim İrana gedib-gəlməyimiz və həkim qəbuluna düşməyimiz üçün 1 500 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Qeyd edək ki, TƏBİB ailə ilə əlaqə saxlayıb, valideynə icbari tibbi sığortanın Azərbaycan Respublikası sərhədləri daxilində qüvvədə olduğu və ölkə ərazisində TƏBİB tabeli tibb müəssisələrinə müraciət edərək tibbi sığortadan yararlana biləcəyi barədə məlumat verilib. Valideyn təkidlə İran İslan Respublikasında müayinə və müalicə olunmaq istədiyini bildirib.

Ailə ilə əlaqə: (055) 901-48-97

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir