Qalmaqallı müavinin yerinə yeni TƏYİNAT – FOTO

Cəmiyyət


Lənkəran Şəhər İcra Hakimiyyətində yeni təyinat olub.

“Qafqazinfo”nun məlumatına görə, bununla bağlı icra başçısı Taleh Qaraşov sərəncam imzalayıb.

Sərəncama əsasən, Ülviyyə Əliyeva icra başçısının müavini – İctimai-siyasi və Humanitar Məsələlər Şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Ü.Əliyeva buna qədər Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsində çalışıb. O, hazırkı vəzifəsində ötən il cinayət məsuliyyətinə cəlb edilərək vəzifəsindən azad olunan Rasilə Arifqızını əvəz edib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir