I Qarabağ müharibəsində itkin düşən şəxsin bacısı: “Ondan bir xəbər gəlməsinə ümidliyəm”

Müharibə


“Qardaşımın sağ qalmasına inanmıram. Amma nə olursa-olsun, ondan bir xəbər gəlməsinə ümidliyəm. Təki bir xəbərimiz olsun, gözümüz yoldan çəkilsin”.

“Report”un Qarabağ bürosu xəbər verir ki, bu fikirləri I Qarabağ müharibəsində itkin düşən Elçin Babayevin bacısı Amaliya Məmmədova Şuşada aşkarlanan kütləvi məzarlığı ziyarət edərkən deyib.

“İtkin düşən qardaşım Babayev Elçin Siyasət oğludur. Artıq 30 ildən çoxdur ki, onunla bağlı heç bir xəbər almırıq. Qardaşım 1993-cü ilin mart ayının 31-də Laçın rayonunun Güləbird kəndi uğrunda gedən döyüşlərdə yaralanıb. Döyüş yoldaşlarının dediyinə görə, o, ağır yaralı olub. Ona görə də ərazidən götürə bilməyiblər. O vaxtdan bəri qardaşımı xeyli axtardıq, hər dəfə əsir dəyişdiriləndə ondan xəbər almaq ümidi ilə gözlədik. Amma bu vaxta qədər bir soraq ala bilmədik. İndi kütləvi məzarlıqlar aşkar olunduqca bizim də ümidimiz artır. Elə bilirik ki, hər açılan məzardan çıxan nümunələr bizi qardaşımıza bir az da yaxınlaşdırır”.

Qeyd edək ki, bu gün I Qarabağ müharibəsi zamanı itkin düşən soydaşlarımızın ailə üzvlərinin Şuşaya səfəri başlayıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir