Birlik sədri: “Beynəlxalq təşkilatlara səslənirik, Ermənistan itkinlərimiz barədə məlumat versin”

Siyasət


“Biz I Qarabağ müharibəsi dövründə itkin düşmüş dörd minə yaxın şəxsin ailəsi adından dünya dövlətləri və beynəlxalq təşkilatlara səslənirik, Ermənistan bizim itkinlərimiz barədə məlumatı Azərbaycan tərəfinə versin”.

“Report”un Qarabağ bürosu xəbər verir ki, bu fikri itkin düşmüş şəxslərin ailə üzvlərinin Şuşaya səfəri zamanı “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova deyib.

“Biz beynəlxalq təşkilatlardan tələb edirik ki, səsimizə səs verərək əzizlərimizin, yaxınlarımızın taleyinə aydınlıq gətirilməsi üçün Azərbaycan dövlətinə dəstək versinlər. Biz 30 Avqust – Beynəlxalq İtkinlər Günü münasibətilə BMT-yə müraciət etmişik. Haqq səsimizin dünyaya çatdırılmasını istəyirik”, – o vurğulayıb.

Qeyd edək ki, I Qarabağ müharibəsi zamanı itkin düşən soydaşlarımızın bir qrup ailə üzvünün bu gün Şuşaya səfəri təşkil olunub. Şuşa həbsxanasının həyətində tapılan kütləvi məzarlığı ziyarət edən itkin ailələri oradan dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara çağırış ediblər.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir