Xarici qeydiyyatlı nəqliyyat vasitələri üçün yol vergisinin hesablanmasında dəyişiklik edilib

Siyasət


Azərbaycanda xarici qeydiyyatı olan nəqliyyat vasitələri üçün yol vergisinin hesablanmasında dəyişiklik edilib.

Oxu.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Dövlət büdcəsinin gəlirlərinin, o cümlədən dövlət büdcəsinin qeyri-neft gəlirlərinin və dövlət büdcəsinin neft gəlirlərinin proqnozlaşdırılması Qaydası”na dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.

Qərara əsasən, yol vergisinin hesablamasında bunlar istifadə ediləcək:

– avtonəqliyyat vasitələrinin növü, mühərrikin həcmi və Azərbaycanın ərazisində qaldığı müddət;

– oturacaq yerlərinin sayı və Azərbaycan Respublikasının ərazisində qaldığı müddət;

– avtonəqliyyat vasitələrinin oxlarının sayı və Azərbaycan ərazisində qaldığı müddət;

– avtonəqliyyat vasitələrinin yüklə birlikdə ümumi çəkisi;

– Azərbaycan Respublikasının ərazisində qət edilən məsafə.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir