Anar Əsədlinin ev dustaqlığı müddəti uzadılıb

Kriminal


Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədlinin ev dustaqlığı müddəti uzadılıb.

APA xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə sabiq partiya sədrinin ev dustaqlığı müddəti daha bir ay uzadılıb.

Qeyd edək ki, A.Əsədli bu ilin aprelində həbs olunub. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunaraq ayrı-ayrı şəxslərin külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilib.

Xatırladaq ki, bir müddət əvvəl Anar Əsədli ev dustaqlığına buraxılıb, iş üzrə dəymiş zərər ödənilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir