Xəzər rayonu, Binə qəsəbəsinin sakinləri susuzluqdan əziyyət çəkirlər.
Sakinlər “Azərsu” ASC-dən şikayət edərək bildirirlər ki, küçədən su xəttinin keçməsinə baxmayaraq, onların evinə su çəkilmir.
İddiaya görə, sözügedən qurumun nümayəndələri suyun çəkilməsi üçün əlavə ödəniş tələb edirlər.
“Ana xətlə evimin arasında iki metr məsafə var. Amma su çəkmirlər. Bunun üçün 500 manat istəyirlər”, – deyə şikayətçi bildirib.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
www.102info.az