“2026-27-ci tədris ilində ölkədə 75 min tələbənin qəbulu nəzərdə tutulub”.
Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media üçün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, son 10 ildə ali təhsil müəssisələrinə qəbul 40 faiz artıb:
“Dövlət sifarişli əsaslarla qəbul olan tələbələrin sayı iki dəfə çoxalıb. Magistr səviyyəsi üzrə 2023-24-cü tədris ilində 13 485 nəfər var. Bu isə 10 il əvvəllə müqayisədə üç dəfə çoxdur”.
Nazir əlavə edib ki, dünyanın aparıcı universitetlərində təhsil alan tələbələrimizin sayı artır və bu, yaxşı haldır.
İlhamə Əbülfət
www.102info.az