ABŞ Şimali Koreyanı təhdid etdi: “Rusiyaya silah tədarük etsə, bunun əvəzini ödəyəcək”

Dünya


“Şimali Koreya Rusiyanı Ukrayna müharibəsində istifadə etmək üçün silahla təmin edərsə, bunun əvəzini ödəyəcək”.

Bu sözləri ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

Sallivanın sözlərinə görə, Pxenyanın Moskvaya silah göndərdiyinə dair heç bir dəlil olmasa da, bu məsələ ilə bağlı iki ölkə arasında aktiv şəkildə danışıqlar aparılır. O qeyd edib ki, əgər belə bir hal aşkarlanarsa, bu mənfi nəticələrə gətirib çıxaracaq.

Ceyk Sallivan Rusiya müdafiə naziri Sergey Şoyqunun silah istəyi ilə Pxenyana getdiyi ilə bağlı da fikrini bildirib. “Müdafiə nazirinin Pxenyana səfərindən də göründüyü kimi, yalnız onu deyə bilərəm ki, sadəcə danışıqlar aktiv şəkildə davam edir və rusiyalılar da bu danışıqlara qatılma intensivliyi artır”, – deyə o vurğulayıb.

Mənbə: Haber Global

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir