“Ermənilərin “humanitar şou”su özünüifşaya çevrilir” – ŞƏRH + FOTO

Siyasət


“Ermənistan ictimaiyyətə Laçın yolunun bağlanması, “blokada” və ya “humanitar böhran”ın mövcudluğu haqqında yalanlar sırımağa çalışır. Halbuki, sözügedən yol birmənalı olaraq Azərbaycanın suveren ərazisidir”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib. O qeyd edib ki, Üçtərərəfli Bəyanata əsasən, Laçın yolu humanitar məqsədlər üçün nəzərdə tutulsa da, Ermənistan bu öhdəliyinə də əməl etməyib:

“Yoldan bölgədəki qeyri-qanuni silahlılara dəstək vermək və Azərbaycan ərazisindən faydalı qazıntıların qanunsuz çıxarılması üçün istifadə olunub. Buna görə də Azərbaycan cari il aprelin 23-də öz suverenliyini və təhlükəsizliyini qorumaq üçün Ermənistanla Azərbaycan arasında dövlət sərhədində, Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsi quraşdırıb. Sərhəd-keçid məntəqəsində vətəndaşların və nəqliyyat vasitələrinin şəffaf keçidi təmin edilir. Bu, ölkəmizin humanizminin, xoş niyyətinin göstəricisidir”.

Millət vəkili vurğulayıb ki, Azərbaycan alternativ və daha qısa marşrutlardan istifadə etməklə, bu istiqamətdə Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə birgə işləməklə Ağdam-Xankəndi yolu ilə humanitar yardım təklif edir:

“Rəsmi Brüssel də Ağdam-Xankəndi yolundan istifadə olunmasını sakinlərin həyati ehtiyaclarını təmin etmək üçün vacib adlandırıb. Bütün bunlara baxmayaraq, bölgədə “humanitar böhran”ın yaşandığını iddia edən erməni tərəfi müqavimət göstərməkdə davam edir.

Ermənistan və havadarları hesab edirlər ki, bu cür təxribatlarla, süni humanitar böhran şouları ilə Azərbaycana qarşı təzyiqlər edəcəklər, nəyə isə nail olacaqlar. Onlar yanılırlar. Ağdam-Xankəndi yolunun fəaliyyətinin təmin olunması, eləcə də Laçın-Xankəndi yolundan istifadə imkanları Azərbaycanın daxili işi və suveren haqqı kimi prinsipial məsələdir. Bu prosesdə heç bir qüvvə Prezident İlham Əliyevin iradəsinə təsir edə bilməz. Azərbaycan dövlətinin, Prezidentin sarsılmaz qətiyyəti və iradəsi bu cür təzyiqləri darmadağın edir və onların çıxış yolu Azərbaycanın geridönməz şərtləri ilə razılaşmaqdır”.

Aysel Aslan

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir