Ukraynanın yeni müdafiə naziri: “Biz ölkəmizin hər santimetrini azad edəcəyik” – FOTO

Dünya


Ukrayna Müdafiə Nazirliyinin yeni rəhbəri Rustem Umerov işğal olunmuş əraziləri geri qaytaracağına söz verib.

“Ukraynanın qələbəsi üçün mümkün və qeyri-mümkün olan hər şeyi edəcəyəm. Biz ölkəmizin hər santimetrini azad edəcəyik. Müvəqqəti əsirlikdə olanları da mütləq geri qaytaracağıq. Biz Ukrayna şəhərlərinə normal və ləyaqətli həyatı qaytaracağıq…”, – hərbi qurumun yeni rəhbəri sosial şəbəkə səhifəsində yazıb.

Qeyd edək ki, Ukraynanın ərəb və müsəlman ölkələri ilə qarşılıqlı əlaqələri üzrə Prezidentin Məşvərət Şurasının səlahiyyətlisi olan Umerov Krım tatar xalqının lideri Mustafa Cemilevin müşaviridir. Etnik Krım tatarı olan yeni nazir 2022-ci ilin fevral ayından Ukrayna və Rusiya Federasiyası arasında danışıqlar qrupunun üzvüdür.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir