Bolqarıstanın Qara dəniz sahilində yerləşən Tsarevo rayonunda leysan yağışların səbəb olduğu daşqınlar zamanı dörd nəfər ölüb.
Bu barədə brifinqdə Burqas şəhərinin regional polisinin direktoru Emil Pavlov məlumat verib.
“Daha bir qadının meyitinin tapıldığını təsdiqləyə bilərəm. Belə ki, daşqın zamanı iki kişi və iki qadın ölüb. Digər ölən və ya itkin düşənlər barədə məlumat yoxdur. Axtarış tədbirləri dayandırılıb, lakin polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir”, – o bəyan edib.
Məlumata görə, daşqından ən çox Tsarevo və Lozenets rayonları zərər çəkib. Sahilyanı şəhər və kəndlərin küçələrini su basıb, çox sayda avtomobillərə ziyan dəyib. Körpülər və yollar da dağılıb.
Hazırda bölgədə fövqəladə vəziyyət hökm sürür. Bərpa işləri aparılır, elektrik enerjisinin və suyun verilməsi qismən bərpa olunub.
Mənbə: TASS
www.102info.az