Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və ABŞ-nin Dövlət katibi Antoni Blinken Kiyevdə “McDonald’s” fastfud restoranında nahar ediblər.
Kuleba piroq, Blinken isə yanında heç bir sousu olmayan qızardılmış kartof seçib.
Söhbət bitdikdən sonra Ukrayna diplomatik missiyasının başçısı və ABŞ Dövlət Departamentinin rəhbəri küçəyə çıxıblar. Bu arada Kuleba qəlyanaltını tamamlaya bilib, Blinken isə kartofunu özü ilə götürüb.
Qeyd edək ki, ABŞ Dövlət katibi Antoni Blinken sentyabrın 6-da səhər Kiyevə rəsmi səfərə gəlib. Onun iki gün şəhərdə qalacağı və Ukrayna rəsmiləri ilə müharibə bölgəsində əks-hücum əməliyyatını müzakirə edəcəyi gözlənilir.
Mənbə: Gazeta.ru
www.102info.az