Azərbaycan musiqisi və rəqsi Çində beynəlxalq sərgidə təqdim edilib – FOTO

Mədəniyyət


Azərbaycan musiqisi və rəqsi Çində “VI İpək Yolu Beynəlxalq Mədəniyyət Sərgisi”nin qala-konsert proqramında təqdim edilib.

Bu barədə Mədəniyyət Nazilriyindən məlumat verilib.

Bildirilib ki, mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə geniş nümayəndə heyəti 3-9 sentyabr tarixlərində Çin Xalq Respublikasında səfərdədir. Nümayəndə heyətində ölkəmizin incəsənət ustaları da təmsil olunur.

Səfər gedişində sənətçilərimiz Çinin Dunhuan şəhərində “VI Beynəlxalq İpək Yolu Mədəniyyət Sərgisi” çərçivəsində keçirilən “İpək Yolu mədəni irsi və yeni sivilizasiya formasının qurulması” mövzusunda forumun bədii hissəsində maraqlı konsert proqramı ilə çıxış ediblər.

Konsertdə Əməkdar artist İlkin Əhmədov, xanəndə Günay İmamverdiyeva Azərbaycan mahnılarını səsləndiriblər. Azərbaycan Dövlət Rəqs Ansamblının solistləri İnarə Zeynalova və Aydəmir Aydəmirov Azərbaycan xalq rəqsini ifa ediblər.

Konsert proqramı Günay İmamverdiyeva-İlkin Əhmədov duetinin ifası ilə başa çatıb. Bütün ifalar böyük maraq və alqışlarla qarşılanıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir