Rusiyapərəst bloger Mika Badalyan və “Sputnik Ermənistan” radiosunun icmalçısı Aşot Gevorkyan ötən gecə Gorusda saxlanılıblar və hazırda Ermənistan İstintaq Komitəsindədirlər.
Bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Məlumatlara görə, hazırda istintaq tədbirləri davam etdirilir. Qeyd edilir ki, M.Badalyan və A.Gevorkyanla birlikdə saxlanılan daha beş nəfər odlu silahların qanunsuz dövriyyəsində şübhəli bilinirlər.
Maraqlıdır ki, həbslər Ermənistan – Rusiya mediaforumunun keçirildiyi bir zamana təsadüf edir. Rusiya Xarixi İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova baş verənlərin Moskvaya qarşı növbəti təxribat ola biləcəyini vurğulayıb.
Xatırladaq ki, M.Badalyan İrəvanda və onun hüdudlarından kənarda terror aktlarının hazırlanması barədə yalan məlumat yaydığına görə bir neçə gün öncə həbs edilmiş, lakin sonradan zaminə buraxılmışdı.
www.102info.az