Kim Çen Inın tezliklə Rusiyaya səfər edə biləcəyi ilə bağlı xəbərlər Şimali Koreya liderlərinin ənənəvi nəqliyyat növünə diqqət çəkib.
Bu nəqliyyat növü olan dəbdəbəli zirehli qatarlar isə uzun müddətdir sülalənin ənənələrindən biri hesab olunur və onun dərin təcridinin simvoludur.
ABŞ rəsmisinin sözlərinə görə, bu, pandemiyanın başlamasından bəri Kim Çen Inın ilk xarici səfəri olacaq.
Bununla bağlı “The Washington Times” nəşrində yazı dərc olunub.
“Kim bu ay Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Rusiyaya səfər edə bilər. Səfər çərçivəsində, ehtimal ki, Rusiyanın Ukrayna ilə müharibəsi nəticəsində tükənmiş ehtiyatlarının Şimali Koreya tərəfindən artırılması məqsədilə silah satışı müzakirə edilə bilər”, – deyə yazıda bildirilib.
ABŞ-də yayılan məlumatlara görə, iki lider şərqdə yerləşən Vladivostok şəhərində görüşə bilər ki, bu, onların 2019-cu ilin aprelində ilk görüşdükləri yer olub. O zaman Kim özünün yaşıl-sarı qatarına əyləşmişdi.
www.102info.az