Metroda yeni ödəniş sistemi: “Ciddi çatışmazlıq var” – Açıqlama + FOTO

Cəmiyyət


Sentyabrın 6-dan etibarən Bakı Metropoliteni QSC-də pilot layihə kimi “bənövşəyi xətt”in “Xocəsən” və “8 Noyabr” stansiyalarında sərnişinlər “BakıKart” plastik kartından savayı, ilk dəfə “BakıKart” mobil tətbiqinin QR biletlərindən də ödəniş etməyə başlayıblar.

QR bilet yaradılarkən pul kisəsinin balansında bir gediş üçün minimum bir manat olmalıdır. Hər bir QR kod unikaldır, bir gediş üçün keçərlidir və yaradıldığı andan 5 dəqiqə ərzində etibarlıdır. QR bilet 5 dəqiqə ərzində istifadə edilmədiyi təqdirdə qüvvəsini itirir və bloklaşdırılan məbləğ yalnız 72 saat ərzində pul kisəsinə geri qaytarılır.

İqtisadçı ekspert Akif Nəsirli Bakupost.az-a deyib ki, metroda yeni ödənişin tətbiqi insanların rəqəmsal bilgilərinin artmasına təkan verir. Kartı olmayan və ya onu yaddan çıxarıb evdə qoyan insanlar üçün bu sistemin tətbiqi çox yaxşıdır. Hətta bu həmin problemi həll etməyin ən rahat yollarından biridir. Amma yeni ödəniş sisteminin tətbiqində ciddi çatışmazlıqlar var. Mütləq şəkildə proqramçılar proqramın üzərində ciddi işləməli və təkmilləşdirici işlər aparmalıdırlar:

“Bu proseduru daha da təkmilləşdirmək lazımdır. İlkin mərhələ üçün əlverişli deyil. İstiqamət üzrə ciddi problemlər var. Qısa limitin qoyulması düzgün deyil. Tez bir zamanda o limit götürülməlidir. Vətəndaşın pulu ilə ona limit, vaxt qoymaq olmaz. Bu, vətəndaş hüququnun pozulması deməkdir. Proqram elə qurulmalıdır ki, sərnişin ödədiyi puldan istədiyi vaxt istifadə etsin”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir