Türkiyəli aktyor, ssenarist və rejissor Cem Yılmaz sosial media hesabındakı paylaşımı ilə yenidən gündəm olub.
Belə ki, 1996-cı ildən çəkiliş meydançasında olduğunu deyən aktyor aldığı təqaüdün miqdarını açıqlayıb:
“27 il… Maaş 12 800 TL. Allah bərəkət versin”, – deyə o vurğulayıb.
1996 dan beri setteyim…etti mi sana 27 sene…Mayış 12.800 Allah bereket versin ❤️ pic.twitter.com/gEVDajykYd
— Cem Yılmaz (@CMYLMZ) September 7, 2023
Qeyd edək ki, bir müddət əvvəl o, karyerasını bitirdiyini, 1988-ci ildə başladığı iş həyatının sonuna gəldiyini açıqlayıb.
“Təşəkkürlər həyat”, – deyən komediya ustası “Çox, çox xoşbəxtəm… Ciddi görüşmək istəyən təqaüdçülərlə görüşəcəyəm”, – deyə zarafat etməyi də unutmayıb.
Qeyd edək ki, o, hazırda ssenaristi və rejissoru olduğu “Erşan Kuneri” serialının çəkilişləri ilə məşğuldur.
www.RIA24.az