Prezident İlham Əliyev Mərakeş Kralına başsağlığı verib

Siyasət


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərakeş Kralı VI Məhəmmədə başsağlığı məktubu ünvanlayıb. 

Bu barədə AZƏRTAC məlumat yayıb. 

Məktubun mətnində deyilir: 

“Əlahəzrət,

Mərakeşdə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Mərakeş xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir