Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağ ərazisində keçirilmiş qondarma “prezident seçkisi”nin tanınmaması ilə bağlı bəyanat yayıb.
Bəyanat nazirliyin rəsmi səhifəsində dərc olunub.
“Ukrayna Xarici İşlər Nazirliyi sentyabrın 9-da Qarabağ (Azərbaycan Respublikası) ərazisində qondarma “prezident seçkisi”nin keçirilməsini pisləyir.
“Bu cür qondarma “prezident seçkisi”nin keçirilməsi beynəlxalq hüququn norma və prinsiplərinə ziddir, bu seçkilərin nəticələri isə əhəmiyyətsizdir.
Ukrayna bir daha Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə dəstəyini ifadə edir və Qarabağ münaqişəsinin siyasi və diplomatik yollarla həlli mövqeyindən çıxış edir”, – deyə bəyanatda bildirilib.
www.RIA24.az