Rusiyanın Qırmızı Xaç Cəmiyyətinin (QXC) Qarabağda yaşayan erməniəsilli şəxslər üçün göndərdiyi ərzaq dolu yük maşınının Xankəndiyə keçidi gecikir.
“Report”un Qarabağ Bürosunun verdiyi xəbərə görə, Xankəndidə yaşayan erməniəsilli ailələr üçün nəzərdə tutulan yardımın bu gün saat 10 radələrində Əsgərana keçidinin təmin olması nəzərdə tutulsa da, yük maşını hələ ki Bərdə rayonunda dayanıb. TIR-ın hərəkətinin ləngiməsinə səbəb kimi bir tərəfdən Qarabağdakı separatçılarının növbəti qeyri-konstruktiv mövqeyi, həmçinin etibarlı mənbələrdən aldığımız məlumata görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin və Qərbin, Rusiya Qırmızı Xaç Cəmiyyətinə təzyiqinin nəticəsidir.
Xatırladaq ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qırmızı Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli şəxslərin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədilə, Rusiya Qırmızı Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə ümumilikdə 1 TIR ərzaq yükü göndərilib.
www.RIA24.az