Yunanıstanda “Eptalofos” və “Europos” arasında keçirilən oyun zamanı bədbəxt hadisə baş verib.
33 yaşlı futbolçu Timoteos Karasavvidis qarşılaşmanın 37-ci dəqiqəsində huşunu itirib. Yarımmüdafiəçiyə defibrilyator vasitəsilə ilkin tibbi yardım göstərilib.
Daha sonra o, təcili yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, futbolçunun həyatını xilas etmək mümkün olmayıb.
Mənbə: Olympia.gr
www.102info.az