Dünyada bir dənə olan qəribə altıtəkərli tüninq layihə – FOTO/VİDEO

Maraqlı


Amerikalı bloqerlər hazırlıq mərhələsində olan altıtəkərli “Lamborghini”nin görüntülərini paylaşıblar. Kadrlar maşını təsadüfən görən biri tərəfindən çəkilib və sosial şəbəkələrdə yayımlanıb. Jurnalistlər unikal maşının sahibinin hesabını tapa bilməyiblər.

Kadrlardan görünür ki, əlavə bir cüt təkərə görə, maşının bütün arxa hissəsi dəyişdirilib. Bloqerlər hesab edir ki, belə “cərrahi müdaxilə” bütün komponentlərə və sistemlərə təsir edib.

Bununla belə avtomobilin hazırlıq prosesi final mərhələdə deyil.  Bundan sonra avadanlıqda yeniləmələr edilməli, həmçinin montaj və rəngləmə prosedurları həyata keçirilməlidir.

Bloqerlər onu da vurğulayıblar ki, hazırda bu layihənin əsasını təşkil edən benzinlə işləyən “Urus” tapmaq, demək olar ki, mümkün deyil. Bu versiyanın bütün nüsxələri satılıb, stokda isə ancaq hibrid versiyalar qalıb.

Mənbə: Motor.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir