Bakıda quldurluq hadisəsi törədilib.
“Qafqazinfo” xəbər verir ki, Binəqədi rayonu Dərnəgül qəsəbəsi A.Gəraybəyli küçəsində 2 nəfər şəxs K.Əlizadəni qorxudaraq mobil telefonunu əlindən alıblar.
Zaur və Hüsaməddin adlı şəxslər K.Əlizadəyə “əlini kəsəcəyik”, – deyərək hədə-qorxu gəliblər və ona məxsus “Iphone 13 Pro” markalı bahalı telefonunu əlindən alıblar.
Həyata keçirilmiş tədbirlərlə quldurluqda şübhəli bilinən şəxslərdən biri – Zaur Quliyev saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
www.102info.az