“Biz dözümsüzlük və ayrı-seçkiliyin artması tendensiyası, islamofobiya və nifrətin qızışdırılmasının qorxulu təzahüründən narahatıq”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyasının beşinci iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, Azərbaycan insan hüquqlarının fundamental prinsiplərini qorumağa tam sadiqdir.
XİN başçısı vurğulayıb ki, tolerantlığın və ayrı-seçkiliyin qarşısının alınması insanların hüquqlarının müdafiəsinin təmin edilməsində olduqca vacibdir:
“Bunlar davamlı cəmiyyətin qurulmasında mühüm elementlərdir. Biz hesab edirik ki, insan hüquqlarının tam şəkildə həyata keçirilməsi davamlı sülh, inkişaf və bütün insanların rifahı üçün vacibdir”.
C.Bayramov Qurani-Kərimin yandırılması məsələsinə də diqqət çəkib:
“Dünyanın bəzi yerlərində Qurani-Kərimin yandırılması və təhqir olunması yolverilməzdir”.
www.RIA24.az