Baku TV sentyabr döyüşlərində şəhid olan Asiman İmamverdiyevin ailəsini ziyarət edib.
Şəhidin anası Nafiyət İmamverdiyevanın sözlərinə görə, oğlunun uşaqlıqdan hərbiyə həvəsi olub:
“Dedi ki, nə olur-olsun hərbçi olacağam. Türkiyədə təlim keçəndən sonra Tovuz döyüşlərində iştirak etdi. Göstərdiyi rəşadətə görə ona “Azərbaycan Bayrağı” ordeni verildi”.
A.İmamverdiyevin həyat yoldaşı Maral İmamverdiyeva isə şəhidimizin qayğıkeş ata olduğunu vurğulayıb:
“Qızımda anadangəlmə ürək qüsuru olduğu üçün ona görə çox narahat idi. İnanıram ki, indi rahatdır. Nuray əməliyyat olunub, çox yaxşıdır”.
Ətraflı videonu təqdim edirik:
www.RIA24.az