İtaliyanın Toskana şəhərində “Bit bazarı”nda 2 avroya (3,4 manat) alınan təsadüfi əsərin məşhur fransalı rəssam və heykəltaraş Anri Matissin əsəri olduğu ortaya çıxıb.
Bu barədə tapıntının yoxlanılması ilə məşğul olan qrafoloq Stefano Fortunati bildirib. O, əsərin həqiqiliyinə şübhəsi olmadığını vurğulayıb.
Ekspertin sözlərinə görə Matiss bəzən restoranda pul ödəmək, yaxud hədiyyə kimi salfetlər üzərində əsərlər çəkərdi.
Müəlliflik rəsmən təsdiqlənərsə, hərracda əsərin qiyməti 200 min avroya (364,8 min manat) çata bilər.
Mənbə: “RİA Novosti” “Telegram” kanalı
www.RIA24.az