Sentyabrın 14-də saat 9 radələrində Oğuz rayonunun Mollalı kəndindəki meşəlik ərazidə 1990-cı il təvəllüdlü Toğrul Söhbət oğlu Kərimovun meyitinin aşkarlanması barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ilkin araşdırma zamanı T.Kərimovu 3 gün əvvəl odlu silahla öldürüb, torpağa basdıran şəxsin 1992-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Pərvin Əlfəddin oğlu Məmmədov olduğu müəyyən edilib. O, könüllü şəkildə ərazi polis orqanına gələrək təslim olub.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az