Prezident İlham Əliyev: “Bakı-Tbilisi-Qars dəmir yolu tərəfimizdən müasirləşdirilir”

Siyasət


“Şərq-Qərb marşrutu ilə yükdaşımalarına artan tələbatı təmin etmək məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu tərəfimizdən müasirləşdirilir”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 14-də Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə çıxışı zamanı söyləyib.

Gələn il həmin yol ilə daşınan yüklərin həcminin bir milyon tondan beş milyon tona qədər artırılacağını qeyd edən dövlətimizin başçısı bildirib ki, buna paralel olaraq, Bakı Ticarət Limanının imkanları bugünkü 15 milyon tondan 25 milyon tona qədər artırılır.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir