Xaçmazda dördotaqlı ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Xaçmaz rayonunun Yaquboba kəndində ümumi sahəsi 100 kvadratmetr olan birmərtəbəli dördotaqlı evin bir otağının taxtadan ibarət tavanı 30 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
www.102info.az