Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə Hüquq və İnsan Haqları İnstitutu publik hüquqi şəxsin birgə əməkdaşlığı çərçivəsində təlimləri davam edir.
Vəkillər Kollegiyasından verilən məlumata görə, cari ilin sentyabr ayının 12-də Şirvan şəhərində yerləşən Olimpiya İdman Kompleksində və sentyabr 14-də isə Lənkəran şəhəri ərazisindəki “Luxe Hotel”də Vəkillər Kollegiyasının üzvləri, prokurorluq, ədliyyə qurumlarının əməkdaşları və hakimlər üçün Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) üzrə təlimlər keçirilib.
Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi üzrə təlimlər Hüquq və İnsan haqları İnstitutunun ekspertləri tərəfindən əyani qaydada baş tutub.
Yarımgünlük təlimlərdə ümumilikdə 15 vəkil iştirak edib.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim edilib.
www.102info.az