12 yaşlı Nəzrinin müalicəsi üçün yardıma ehtiyacı var – FOTO

Cəmiyyət


12 yaşlı Nəzrinin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Xəyalə Mayılova məlumat verib.

O bildirib ki, övladı anadangəlmə eşitmə və danışma əngəllidir.

“Nəzrin anadangəlmə eşitmə və danışma əngəllidir. 3 yaşı olanda sol qulağından əməliyyat keçirib və aparat taxılıb. Sağ qulağı eşitməsə də, sol qulağı 30% eşidə bilir. Hazırda o eşitmənin də itməməsi üçün müalicələrə ehtiyacımız var. Nəzrinin bir aylıq müalicəsi üçün bizim 600-700 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Qeyd edək ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ailə ilə əlaqə saxlayıb və valideynə ambulator müalicə üçün nəzərdə tutulan dərman preparatlarının Xidmətlər Zərfində təminata alınmadığı bildirilib.

Ailə ilə əlaqə: (050) 649-47-28

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir