Bakıda qəbiristanlıqda silah-sursat tapılıb.
APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Məlumata görə, Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla üzərindən narkotik vasitə aşkarlanan Bakı şəhər sakini F.Ağaməmmədovun rayon ərazisindəki qəbiristanlıqda gizlətdiyi 1 ədəd “RPQ-78” minaatan, 1 ədəd “F-1” qumbarası, 1 ədəd alışdırıcı və 758 ədəd patron aşkar olunaraq götürülüb.
www.102info.az