Polşa bazar günündən etibarən Rusiyada qeydiyyatda olan avtomobillərin öz ərazisinə girişini qadağan edir.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, qadağa Ukraynadakı müharibə ilə əlaqədar Rusiya və onun vətəndaşlarına qarşı tətbiq edilən sanksiyaların növbəti hissəsidir.
Əvvəllər oxşar qadağalar Almaniya, Finlandiya, Litva, Latviya və Estoniya tərəfindən tətbiq edilib. Rusiya ilə həmsərhəd olan Avropa ölkələrindən yalnız Norveç hələ də giriş məhdudiyyətlərinə qoşulmayıb.
Mənbə: RBK
www.102info.az