Gəncədə piyadanın ölümü ilə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Hərəkətdə olan “VAZ-2107 “markalı minik maşını yolu keçmək istəyən Goranboy sakini 39 yaşlı Elçin Xanlar oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağl araşdırma aparılır.
www.102info.az