Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 18-i saat 09:00-a olan məlumatına əsasən, ölkə ərazisində arabir leysan xarakterli yağış yağıb, ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub.
Xidmətdən verilən məlumata görə, Şahdağda, həmçinin Zaqatala rayonunun dağlıq ərazilərində qar yağıb.
Düşən yağıntının miqdarı Astarada 121 (aylıq normanın 61%-i), Balakəndə 111 (aylıq normanın 131%-i), Zaqatalada 95 (aylıq normanın 112%-i), Qaxda 45 (aylıq normanın 38%-i), Yardımlıda 20, Qusarda 19, Xaltanda 16, Xınalıqda 14, Qubada 12, Şahdağda 11, Ağdamda 10, Lənkəran, Xaltan, Şəki , Xaçmaz, Qobustan, Neftçala, Göyçay, Cəfərxan, Qəbələ, Oğuz, Tərtər, Biləsuvar, Şirvan, Sabirabad, İmişli, Zərdab, Yevlax, Mingəçevir, Şabran, Daşkəsən, Gəncədə 9, Bakı və Maştağada 5, Sumqayıtda 4, Binə və Pirallahıda 2 mm-dək olub.
Sentyabrın 17-si saat 23 radələrində Zaqatala rayonuna diametri 8-10 mm olan dolu düşüb.
Hazırda Zaqatala rayonu ərazisindən keçən Talaçaydan, Şəki rayonu ərazisindən keçən Şinçaydan sel keçir.
Qrız, Qusar, Şahdağ və Lerikdə duman müşahidə olunub.
Şimal-qərb küləyi əsib, arabir Zaqatala və Balakəndə 25, Neftçalada arabir 20, Naftalanda arabir 18, Bakıda və Abşeron yarımadasında arabir 25-27 m/s-dək güclənib. “Neft Daşları” stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 4,6 metrə çatıb.
www.102info.az