Sentyabrın 19-da saat 9 radələrində Laçın rayonu Mollalar kəndi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olanlar “AzərEnerji” ASC-nin əməkdaşları deyil.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq “AzərEnerji” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Teymur Abdullayev məlumat verib.
O bildirib ki, bəzi mətbuat orqanlarında sözügedən yol-nəqliyyat hadisəsi ilə bağlı yayılan informasiyalarda həlak olan Məhəmməd Mübariz oğlu Məmmədov və Gülağa Gülməmməd oğlu Məmmədovun “AzərEnerji” ASC-nin əməkdaşı olmaları barədə məlumatlar yayılıb:
“Bildiririk ki, hadisə nəticəsində həlak olanlar “Azərenerji” ASC-nin deyil, ərazidə podrat işləri həyata keçirən “Elektrikquraşdırma Müəssisəsi”nin əməkdaşlarıdır. “AzərEnerji” ASC həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verir”.
Könül Cəfərli
www.102info.az