Sentyabrın 19-da Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində müdafiə nazirinin müavinləri, hərbi birlik və birləşmə komandirləri, eləcə də ideoloji iş və mənəvi-psixoloji təminat və hüquq ixtisası üzrə zabitlərin iştirakı ilə “Hərbi hissələrdə şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və hərbi intizamın möhkəmləndirilməsi“ mövzusunda konfrans işinə başlayıb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Konfransda cari il ərzində görülən işlər, hərbi hissə komandirlərinin şəxsi heyətin mənəvi-psixoloji hazırlığı üzrə tədbirlərin təşkili və keçirilməsində rolu, zabitlərin hərbi qanunvericilik sahəsində rəhbər sənədləri bilməsi, həmçinin hərbi intizamın gücləndirilməsi, qış dövrünə hazırlıq və bir sıra digər aktual məsələlər müzakirə olunacaq.
Konfrans sentyabrın 21-nə kimi davam edəcək.
www.RIA24.az