Dövlət Baxçalı: “Ermənistan odla oynamaqdan əl çəkməlidir”

Müharibə


“Ermənistan ağlını başına yığmalı, odla oynamaqdan əl çəkməlidir”.

Bu sözləri Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı partiyasının iclasında çıxışı zamanı bildirib.

O, Azərbaycanın Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərinə toxunaraq, İrəvan hakimiyyətinin sülh danışıqlarını boşa çıxaracaq, sabitlik fəaliyyətlərini puç edəcək hər təxribatın ağır nəticələrini qəbul etmək məcburiyyətində qalacağını vurğulayıb:

“Qarabağ türkdür, türk yurdudur. Can Azərbaycanın ayrılmaz parçasıdır”, – deyə millət vəkili vurğulayıb.

O, həmçinin Azərbaycanın tək olmadığını qeyd edib.

“Qarabağ zülmətə qərq olmayacaq. Azadlıq türklərin və türk yurdlarının əzəli taleyidir”, – deyə Dövlət Baxçalı sözlərini yekunlaşdırıb.

Mənbə: Ulusal.com

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir