Ermənilərə məxsus altı ədəd “Ural” markalı hərbi avtomobili və dörd minaatanı qənimət kimi ələ keçirilib

Müharibə


“Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri davam edir”.

Oxu.Az-ın məlumatına görə, bunu nazirliyin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov keçirdiyi brifinqdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, tədbirlər zamanı Ermənistan silahlı qüvvələri birləşmələrinin minaatan mərmisi ilə dolu altı “Ural” və dörd ədəd minaatan Silahlı Qüvvələrimizin bölmələri tərəfindən qənimət olaraq ələ keçirilib.

A.Eyvazov qeyd edib ki, Ermənistan silahlı qüvvələri birləşmələrinin strateji əhəmiyyətli yüksəkliklərdə yerləşən hərbi obyektləri və döyüş texnikası dəqiq atəş zərbələri ilə məhv edilir.

İlhamə Əbülfət

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir