ABŞ Konqresinin Nümayəndələr Palatasının Komitəsi Prezident Co Baydenə qarşı ilk impiçment dinləmələrini sentyabrın 28-də keçirmək niyyətindədir.
Bu barədə Nümayəndələr Palatasının Nəzarət Komitəsinin nümayəndəsi elan edib.
ABŞ liderinin oğlu Hanter və qardaşı Ceymsin şəxsi və biznes bank sənədlərinin məhkəməyə təqdim ediləcəyi gözlənilir. Respublikaçıların fikrincə, 2009-2017-ci illərdə Bayden ölkənin vitse-prezidenti olarkən Hanterin xarici biznesindən gəlir əldə edib.
Bayden özü bütün ittihamları rədd edir. Ağ Ev rəhbəri impiçment prosesinin başlanmasına “işim var” ifadəsi ilə cavab verib.
Mənbə: Lenta.ru
www.102info.az