“Bu görüşdə daha çox qol vura bilərdik. Oyunçuların motivasiyası yüksək idi. Qarşılaşma bizim üçün yaxşı keçdi”.
AZƏRTAC xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov Niderlanda 6:1 hesabı ilə qalib gəldikləri Dünya Çempionatı-2024-ün elit mərhələsinin matçından sonra mətbuat konfransında deyib.
V.Borisov Rumıniyaya uduzduqları matçdan sonra komandanı hazırlamağın çətin olduğunu vurğulayıb:
“Həmin oyunda da üstün idik. Sadəcə, öz səhvlərimizə görə qapımızda qollar gördük”.
Baş məşqçi İsa Atayevin heyətdən kənarlaşdırılması barədə qısa danışıb:
“Bu, məşqçilər korpusunun qərarıdır. Atayev bu dəfə dincəlməli idi. Başqa heç nə baş verməyib”.
www.102info.az